Xəbər lenti

Rus hərbi gəmiləri Bakı limanında
Ölkə12:39 12.08.2013

Rus hərbi gəmiləri Bakı limanında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının komandanı, vitse-admiral Sergey Alyokminskinin komandanlığı altında iki hərbi gəmi bazar ertəsi Bakı limanına daxil olub.

Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, "Dağıstan" raketdaşıyan gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi Xəzər dənizində Rusiya və Azərbaycanın donanmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı çərçivəsində Bakıya gəliblər.

Səfər çərçivəsində Rusiyanın Xəzər donanması və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi arasında görüş planlaşdırılır.

Rusiyalı dənizçilər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Onlar, o cümlədən şəhərin görməli yerləri və ölkənin tarixi ilə tanış olacaqlar.

Qaynar.info