Xəbər lenti

Rus Könüllüləri Korpusu Navalnını qaçırıb Ukraynaya göndərməyi planlaşdırırmış (FOTO)
Dünya 17:07 21.02.2024

Rus Könüllüləri Korpusu Navalnını qaçırıb Ukraynaya göndərməyi planlaşdırırmış (FOTO)

Ukrayna tərəfində vuruşan Rus Könüllüləri Koprusu bəyan edib ki, 2023-cü ilin oktyabr ayından Rusiya müxalifəti lideri Aleksey Navalnının cəzaçəkmə müəssisəsindən azad edilməsi və Ukrayna ilə sərhədə çatdırılması planı hazırlanıb və o, Ukrayna ərazisinə təxliyə üçün kəşfiyyat qrupuna təhvil verilməliymiş.

Qaynarinfo xəbər verir ki, bu barədə korpusun Teleqram kanalında məlumat yayılıb.

Partizan qrupunun komandiri bildirib ki, plana əsasən, Navalnı qrup qüvvələri tərəfindən Yamalo-Nenets dairəsində yerləşən 3 saylı cəzaçəkmə müəssisəsinə gedən yolda konvoyun əlindən alınmalı idi, sonra onunla birlikdə dərhal Ukrayna ilə sərhəd əraziyə getməli, sərhədi keçmək və sığınacaq almaq üçün Rus Könüllüləri Koprusunun kəşfiyyat qrupu ilə görüşməli idilər. 

Komandirin sözlərinə görə, təəssüf ki, belə senarilərin qarşısını almaq üçün Rusiya Federal Penitensiar Xidməti və FSB tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri kifayət qədər effektli olub.

"Alekseyin transfer tarixi dəyişən idi və buna görə də faktın özü ictimaiyyətdən gizlədilib. Köçürmə tarixi və vaxtı bir neçə dəfə təxirə salınıb, lakin sonda Federal Penitensiar Xidmətin rəisinin birbaşa şifahi əmri ilə köçürmə gözlənilmədən başlayıb və qrupumuz əməliyyatın başlaması planlaşdırılan əraziyə keçməyə vaxt tapa bilməyib”, - deyə o bildirib.

Komandir bildirib ki, Navalnının öldüyü vaxt 3 saylı cəzaçəkmə müəssisəsi ətrafında qaçırılma planı işlənmə mərhələsində idi.

Əlavə olaraq qrup komandiri əməliyyata hazırlıq zamanı əldə etdikləri bəzi məlumatları və foto materialları paylaşıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->