Xəbər lenti

Rusiya ABŞ və Kanadaya uçuşlar zamanı təyyarələrdə yanğınlar təşkil etməyə cəhd edib- KİV
Dünya 12:00 05.11.2024

Rusiya ABŞ və Kanadaya uçuşlar zamanı təyyarələrdə yanğınlar təşkil etməyə cəhd edib- KİV

Rusiya Avropadan ABŞ və Kanadaya uçuşlar zamanı sərnişin təyyarələrinin göyərtəsində terror aktlarının təşkili ehtimalını sınaqdan keçirib. İstintaq zamanı yandırıcı vasitələr aşkar edilib və şübhəlilər saxlanılıb.

Bu barədə Qaynarinfo "The Wall Street Journal”a istinadən xəbər verir.

Qərb kəşfiyyat orqanları DHL vasitəsilə göndərilən iki yandırıcı cihaz aşkar ediblər. Onların fikrincə, bu, gələcəkdə mülki təyyarələrin göyərtəsində yanğınlara səbəb olmalı olan Rusiya Federasiyasının gizli əməliyyatının bir hissəsidir. Oxşar cihazlar iyul ayında DHL-in Leypsiq (Almaniya) və Birmingem (Böyük Britaniya) logistika mərkəzlərində yanıb.

Nəşr qeyd edir ki, yanğın hadisələri günahkarların beynəlxalq axtarışına başlayıb. Avropadakı müstəntiqlər və kəşfiyyat agentlikləri müəyyən ediblər ki, "partlayıcı paketlər”in içərisində alışan maqnezium əsaslı maddə ilə doldurulmuş elektrik masaj aparatı olub. Müstəntiqlər belə nəticəyə gəliblər ki, onlar Rusiya kəşfiyyat orqanlarının daha geniş əməliyyatın bir hissəsidir.

Almaniya və Böyük Bitaniyadakı partlayışların təşkilatçıları bütün Avropada axtarışa verilib. Polşanın milli prokurorluğu dörd nəfəri həbs edib və onları xarici kəşfiyyatın adından təxribat və ya terror əməliyyatlarında iştirak etməkdə ittiham edib. Müstəntiqlər onların adlarını və milliyyətlərini açıqlamayıblar. Hadisədə iştirak edən ən azı iki nəfərin axtarışları davam edir.

Prokurorluq təsdiqləyib ki, partlayışların məqsədi sonradan ABŞ və Kanadaya göndərilməsi planlaşdırılan bu cür bağlamalar üçün ötürücü kanalı sınaqdan keçirmək olub.

Kremlin sözçüsü Dmitri Peskov "The Wall Street Journal”ın sorğusuna cavab olaraq deyib ki, Kreml Rusiyanın müdaxiləsi ilə bağlı heç vaxt rəsmi ittihamları eşitməyib.

O, nəşrin məqaləsini "medianın ənənəvi əsassız təlqinləri” adlandırıb.

Xatırladaq ki, Böyük Britaniyada insident 2024-cü il iyulun 22-də Birmingem ətrafı Minvortda baş verib. Bağlama təyyarə ilə çatdırılıb, amma xoşbəxtlikdən o, havada deyil, yerdə alovlanıb.

Xüsusi təyinatlılar elektrik masaj aparatının Böyük Britaniyaya Litvadan göndərildiyini müəyyən ediblər. Onların sözlərinə görə, əməliyyatın məqsədi bu yandırıcı cihazların Şimali Amerikaya uçan təyyarələrə qaçaqmalçılıq yolu ilə necə keçiriləcəyini müəyyən etmək olub.

Böyük Britaniya Avropanın digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək hadisəni araşdırır. Hələlik şübhəli bilinən şəxslər saxlanılmayıb.
Analoji hadisə iyulun sonunda Almaniyada baş verib. Leypsiqdə DHL anbarında uçuş təyyarəsinə gedən şübhəli bağlama yanıb.

Almaniyanın daxili təhlükəsizlik agentliyinin rəhbəri Tomas Qaldenvanq qanunvericilərə bildirib ki, yanğın və ya uçuşun gecikməsi nəticəsində heç kim xəsarət almayıb. O, bunu "xoşbəxt təsadüf" adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->