Xəbər lenti

Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı (VİDEO)
Siyasət19:18 27.12.2019

Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avanqard” hipersəsli raket sistemi ilə silahlanmış ilk alay döyüş tapşırığı alıb. 
"Rossiya 24” telekanalı xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məlumat verib.
Bundan əvvəl nazir bildirmişdi ki, "Avanqard” 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək. Həmçinin 2020-ci ildə Rusiya Strateji Raket Qüvvələrinin 22 ədəd "Avanqard” və "Yars” kompleksləri alacağı qeyd olunub.
"Avanqard” sürəti 27 Maxa (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) çatan qanadlı raketdir.
Qeyd edək ki, sözügedən "Avanqard” raketinin ilk sınağı zamanı ABŞ-da böyük narahatlıq yaranmışdı.(oxu.az)
<iframe class="adviad-resize" style="max-width: 100%; width: 590px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;">
<iframe allowfullscreen="" frameborder="0" height="315" src="https://player.baku.tv/embed/12395" width="560" style="max-width: 100%;">