Xəbər lenti

Rusiya artıq Türkiyə aviasiyasının təhlükəsizliyinə zəmanət vermir...
Siyasət07:36 02.03.2020

Rusiya artıq Türkiyə aviasiyasının təhlükəsizliyinə zəmanət vermir...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya hakimiyyəti İdlib vilayətində hava məkanını bağladıqdan sonra Rusiya tərəfi Suriya ərazinidə Türkiyə aviasiya uçuşlarının təhlükəsizliyinə zəmanət vermir.
Qaynarinfo xəbər verir ki, bu haqda Suriyada Münaqişə Tərəflərinin Razılaşma Mərkəzinin rəhbəri Oleq Juravlyov deyib.
"İdlib əyaləti üzərində hava məkanında vəziyyətin gərginləşməsi fonunda Suriya Respublikasının hakimiyyəti bu ərazidən uçuşlar üçün hava məkanını bağlamağa məcbur oldu. Bunu nəzərə alaraq Rusiya qüvvələr qrupunun əmri Suriya aviasiyasında türk aviasiyasının təhlükəsizliyinə zəmanət verə bilməz", - kontr-admiral Oleq Juravlyov deyib.
Qeyd edək ki, Suriya silahlı qüvvələri, bütün hədəflərin "düşmən" olaraq tanınacağını ifadə edərək, martın 1-dən İdlib vilayətinin üzərindəki hava məkanını bağlayıb.
Alpər