Xəbər lenti

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər
Siyasət09:06 09.10.2023

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-ya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi artıq prinsipial razılığını verib. Ruisya Xarici İşlər Nazirliyi İrəvanın bu məsələyə məsuliyyətlə yanaşacağını və dialoqda iştiraka razılıq verəcəyini gözləyir.
Nizami Bağırov