Xəbər lenti

Rusiya Azərbaycana Su-34 və Su-35 qırıcıları təklif edir (VİDEO)
Siyasət17:44 30.06.2019

Rusiya Azərbaycana Su-34 və Su-35 qırıcıları təklif edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır.
Qaynarinfo "azeridefence.com” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyada təşkil edilmiş "Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.
Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:
"Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.
Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana "Su-30SM” və "MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.
"Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş "İl-76MD-90A” hərbi nəqliyyat, "Su-34” və "Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.