Xəbər lenti

Rusiya Bakı bazarlarını çökdürdü
Ekonomiks17:14 07.02.2015

Rusiya Bakı bazarlarını çökdürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın “Binə” və “Sədərək” bazarlarında ciddi durğunluq yaranıb. Axar.az-a bir qrup tacirin göndərdiyi məktubda qeyd olunur ki, ticarət mərkəzlərində alış-veriş dayanıb.
Rusiyada rublun dəyərdən düşməsi bazarın əsas alıcıları olan Şimali Qafqazdan gələn sahibkarların işini zəiflədib. Satıcıların arasında eləsi var ki, bir ayda bircə qəpik belə alveri olmadığını deyir.
Vəziyyət o yerə çatıb ki, bazar rəhbərliyi çətin durumu nəzərə alaraq icarə haqqının toplanmasında güzəştlərə gedir.
Sahibkarlar qiyməti aşağı salmaqla dövriyyəni artırmaq və vəziyyətdən çıxmağa çalışdıqlarını bildirirlər. Ona görə də müvafiq qurumlardan güzəştli kreditlər üçün addımlar atılmasını xahiş edirlər. Onların sözlərinə görə, güzəştli kredit ala bilsələr, dövriyyəni artırmaq və qiyməti aşağı salmaqla Rusiyadakı müştərilərini əldə saxlaya bilərlər.
Qaynar.info