“Əgər Moskva Azərbaycanın kənd təssərrüfatıməhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi BakınınDağıstana investisiya yatırması, ortaq müəssisələr açmasıproblematikdir”.
"Qaynar"xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloqElxan Şahinoğlu son günlərdə Azərbaycanın kənd təssərrüfatıməhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılmasını siyasibaxımdan şərh edərkən deyib.

Politoloq bildirir ki, Rusiyada anti-Azərbaycan bloku fəallaşıb: “Rusiya-Azərbaycansərhədində yük maşınları uzun növbələrdə dayanırlar. Azərbaycanın kəndtəssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır.Son günlərdə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarlaəti və pomidor məhsullarını geri qaytarıblar. Rusiya gömrükçüləriAzərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər. Birincisi,deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kəndtəssərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, RusiyaTürkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadanqaldırmayıb.
İkincisi,deyirlər ki, guya Azərbaycanın bəzi məhsulları sanitar normalara cavabvermir. Rusiya gömrükçülərinin bu iki izahı həqiqəti əks etdirmir. Olabilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarınıAzərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu geniş miqyasalmayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatıməhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Müstəqilmütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitarnormalara uyğun olduğunu bildirirlər”.
Bəs onda Moskva niyə daxili bazarını Azərbaycanın kənd təssərrüfatı məhsullarına bağlayır?
Siyasi şərhçinin sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan artıq postneft dövrünə keçib:
“Azərbaycanprezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağıhədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlaraçıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təssərrüfatı məhsullarınayönəlib. Azərbaycan kənd təssərrüfatı məhsulları üçün ən münbit Rusiyabazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kəndtəssərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanınəsas kənd təssərrüfatı məhsulları Rusiyanın şəhərlərində satılırdı.Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu, Azərbaycandakənd təssərrüfatı istehsalına mənfi təsir edəcək. Rusiya hakimiyyətibunu bilir və Azərbaycanda kənd təssərrüfatının inkişafına yardım etməkistəmir. Əksinə Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrinartmasına imkan vermir. Halbuki, bəzi rusiyalı rəsmilər Azərbaycanınkənd təssərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarındankeyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar AzərbaycanlaDağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Halbuki,Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstanainvestisiya qoymasını istəyir. Əgər Moskva Azərbaycanın kəndtəssərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa,rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açmasıproblematikdir”.
“RusiyaTürkiyə və Belarusla da eyni cür davranır. Belarus Rusiyanın stratejimüttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kəndtəsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoydu. Yenə eynisəbəbi göstərdilər, guya Polşa Belarus üzərində Rusiyaya meyvəməhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məsus olmadığındanşübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiyabazarına məhdudiyyətlə yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aididi. Görünür, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa vəyerli kənd təssərrüfatı məhsullarının istehsalının artımına çalışır.Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, RusiyaTürkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxılalmaqdan imtina etdi. Bu Rusiyada taxıl istehsalına mənfi təsir edəcək,çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır”, – deyəpolitoloq əlavə edib.
Qaynar.Az