Xəbər lenti

"Rusiya bu bəyanatla Azərbaycanla razılaşmalardan imtina edir" (ŞƏRH)
Siyasət08:01 17.07.2023

"Rusiya bu bəyanatla Azərbaycanla razılaşmalardan imtina edir" (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya bu bəyanatla sadəcə olaraq, Azərbaycanla bağlanılan əvvəlki razılaşmalardan, o cümlədən 10 noyabr 2020-ci il bəyannaməsindən, mütəffiqlik haqqında sazişdən və digərlərindən faktiki olaraq birtərəfli qaydada əl çəkdiyini ortaya qoyur".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.
"Düzdür, bunu hüquqi cəhətdən rəsmiləşdirmir, amma faktiki cəhətdən onlardan əl çəkdiyini bildirir. Bununla Rusiya Azərbaycanla münasibətlərində yenə mərhələyə qədəm qoyur. Yeni mərhələdə Moskva artıq separatçı rejimə istinad edəcəyini, onun fəaliyyətini daha da gücləndirməyə çalışacağını, Azərbayana qarşı ərazi iddiaları və digər təxribat xarakterli məsələləri daim alovlandıracağını ortaya qoyur. Moskvanın bu bəyanatı onun uzun müddətə Qarabağda qalmağa çalışmaq niyyətini göstərir. Onların bu addımı separatçı rejimi gücləndirmək, təxribatları artırmaqla bütövlükdə Cənubi Qafqazda qalmaq və mümkün olsa hərbi mövcudluqlarını daha da genişləndirmək məqsədi güdür. Hesab edirəm ki, bu fonda Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatı normal qiymətdir. Gələcəkdə diplomatiyamız bunları nəzərə almalıdır”, deyə hüquqşünas bildirib.
Qeyd edək ki, Rusiya XİN-i Azərbaycan Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı bəyanat yayıb. Sənəddə deyilir ki, Moskva yaxın vaxtlarda XİN rəhbərlərinin üçtərəfli görüşünü və ardınca sülh müqaviləsinin imzalanması üçün sammit təşkil etməyə hazırdır. 2022-ci ilin oktyabr və 2023-cü ilin mayında Aİ-nin himayəsilə İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda imzalanan üçtərəfli bəyanatın əsas şərtlərini və bölgədə yerləşən sülhməramlı kontingentin mövqeyini kökündən dəyişdirir. 
Bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşma əsasənda Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır. Rusiya XİN-in bəyanatına Azərbaycan XİN-in cavab bəyanatında isə deyilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.
Rüfət Sultan