Xəbər lenti

Rusiya Cənubi Qafqazı hədəf seçir (ŞƏRH)
Siyasət09:20 18.01.2024

Rusiya Cənubi Qafqazı hədəf seçir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz regionu geosiyasi rəqabət məkanına çevrilməyə doğru gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Rusiya Ukrayna müharibəsinin Azərbaycan, Gürcüstan və Ermənistana mövcud təsirlərindən danışarkən deyib:
”NATO – nun baş katibi Stoltenberq bildirdi ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeləri zəifləyib. Bu da o deməkdir ki, region ölkələrindən asılı olmayaraq, geosiyasi mərkəzlərin nəzərində yaşadığımız bölgə növbəti rəqabət meydanı kimi görünür. İkinci məqam odur ki, Rusiyanın resursları məhdudlaşır. Bunun da nəticəsində Rusiya sülhməramlılarına qarşı olmasa da, onların yerləşdiyi ərazidə Azərbaycanın daha kəskin addımlarının şahidi olduq. Ermənistanda da Rusiya maraqlarına zidd addımlar atılır və atılmaqdadır. Ermənsitanla Azərbaycan arasında olan vasitəçilikdə Rusiyanın mövqeyi zəifləyib. Nəticədə, prosesdə Qərbin iştirakı artır. Regionumuzda digər oyunçuların, məsələn İranın da fəallığını müşahidə etdik. Tehran da görür ki, Rusiyanın zəifləməsilə burada müəyyən boşluq yaradıb. Sadaladığım kontekslər çərçivəsində Ukrayna - Rusiya savaşı Qafqazın üç ölkəsinə müəyyən dərəcədə təsir edib”.
 İqtisadi mənada isə həmsöhbətimizə görə, Rusiya və Ukrayna müharibəsi regionumuzda fərqli mənzərə yaradıb:
"Regionun hər üç dövləti Rusiya ilə son iki il ərzində ticarət dövriyyəsini 2,5 dəfə artırıb. Ermənistanda  bu artım 3 dəfə, Gürcüstanda 2 dəfə, Azərbaycanda isə 50 faiz civarındadır. Yəni, ölkəmizdə də artım olsa da, digərlərilə müqayisədə, bu o qədər də yüksək deyil. Bu isə o deməkdir ki, region ölkələri Rusiyanın iqtisadi sisteminə daha yaxın olur və asılılıq daha yüksək olur”. 
Qeyd edək ki, iki ildir davam edən Rusiya Ukrayna müharibəsi istər-istəməz ətraf regionlara da öz təsirini göstərir. Həmin təsir birmənalı olaraq  Cənubi Qafqazın 3 ölkəsində də bu və ya digər dərəcədə özünü büruzə verir.
Rüfət Sultan