Xəbər lenti

Rusiya ələ keçirdiyi ZAES-ə Ukraynanın PUA nəzarətindən
Dünya 15:00 08.08.2024

Rusiya ələ keçirdiyi ZAES-ə Ukraynanın PUA nəzarətindən "küsüb"

Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatları fəaliyyətini azaltmır. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a stansiyanın kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina məlumat verib.

"Zaporojye AES-in ərazisində Ukrayna pilotsuz təyyarələrinin fəaliyyəti qətiyyən azalmır. Eyni zamanda, Zaporojye AES-in istismarının təhlükəsizliyi tam təmin edilir”, - Yaşina bildirib.

Avqustun 7-də Rusiya Federasiyası İctimai Palatasının suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov belə bir fikir bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücumdan sonra Rusiya ilə mümkün danışıqlardan əvvəl Kiyevin mövqeyini gücləndirmək üçün Zaporojye AES-in ərazisində aktiv fəaliyyət göstərə bilər.

TASS yazır ki, son aylar Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq Zaporojye AES-də və Enerqodar şəhərində infrastruktur obyektlərinə hücum edib. İyulun 10-da Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının peyk şəhərini kütləvi artilleriya atəşinə məruz qoyub. Zərbələr şəhərin suqəbuledici ərazisində həyata keçirilib. İyulun 3-də Kiyev "Raduqa” yarımstansiyasına dron zərbələri endirib, nəticədə Zaporijye AES-in doqquz əməkdaşı yaralanıb. İyulun 5-də Enerqodar hakimiyyəti yalnız iyulun 15-də ləğv edilmiş elektrik enerjisinin kəsilməsi cədvəlinin tətbiq olunduğunu elan edib. Bundan əvvəl hücum nəticəsində şəhərin "Luç” yarımstansiyası dağılıb.

İyulun 5-də Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov TASS-a bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) gec-tez Zaporojye AES-in atəşə tutulması və PUA-nın hücumlarına görə məsuliyyət daşıyanların adını açıqlamaq məcburiyyətində qalacaq, təşkilat hazırda "təkzibedilməz dəlillərin" olmadığını əsas gətirərək bundan çəkinir. Bir neçə gün əvvəl agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, dron hücumları Enerqodar sakinləri və Zaporojye AES-in təhlükəsizliyi üçün açıq təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin iyulun 12-də deyib ki, o, Qərbin Kiyevin Zaporojye atom elektrik stansiyasına hücumlarına məhəl qoymamasını böyük səhv hesab edir. 

Qeyd edək ki, Rusiya 24 fevral 2022-ci ildə Ukrayna ərazisinə hücum edib, 1 martda onun qoşunları Zaporojye AES-in ətrafındakı əraziləri ələ keçirib - dünya tarixində ilk dəfə olaraq fəaliyyət göstərən atom elektrik stansiyasının yaxınlığında hərbi əməliyyatlar keçirilib, bundan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye AES-in monitorinq stansiyaları ilə əlaqəni kəsib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->