Xəbər lenti

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə mərhələli həllə ümid edir
Siyasət08:37 24.12.2022

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə mərhələli həllə ümid edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti"yə müsahibəsində bildirib.
"Biz hesab edirik ki, sülh müqaviləsi işində inkişafa nail olmağa Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının "yol xəritəsi”ni kompleks şəkildə formalaşdıran ən yüksək səviyyədə bağlanmış üçtərəfli 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli razılaşmaların həyata keçirilməsi kömək edəcək”, - deyə o bildirib.
Xüsusilə, biz regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədlərin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyirik, - Qaluzin əlavə edib.
Alpər