Xəbər lenti

“Rusiya Ermənistanın hesabına güzəştə gedir” - Erməni deputat
Siyasət12:46 23.02.2022

“Rusiya Ermənistanın hesabına güzəştə gedir” - Erməni deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ermənistanın hesabına kompromisə getməyə, Türkiyə isə yenə Ermənistanın hesabına Azərbaycana yeni üstünlüklər əldə etməyə kömək etməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan parlamentində "Ermənistan” fraksiyasının deputatı Armen Qorqyan bildirib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra təkcə üçtərəfli bəyanatlar deyil, həm də müxtəlif beynəlxalq standartlarda qəbul edilən bəyannamələr ənənəvi xarakter alıb: "Bunlardan üçü 2021-ci ilin iyununda Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə, 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətlərinin zirvə toplantısında imzalanmış bəyannamə və 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında Moskvada imzalanmış bəyannamələrdir. Göründüyü kimi, Ermənistanın birbaşa iştirakçısı olduğu bir bəyannamə  yoxdur, amma hamısının da müəyyən dərəcədə bizimlə əlaqəsi var.
Ola bilsin ki, tezliklə bu silsilədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair Bəyannamə də yer alsın.
Yuxarıda qeyd olunan bəyannamələr Rusiya və Türkiyənin regionun əsas oyunçusu uğrunda rəqabətli mübarizəsini göstərir. Aydındır ki, bu mübarizədə həlledici amil Azərbaycana maksimum təsir göstərməkdir.
Bu baxımdan, Rusiya öz maraqları üçün regiondakı əsas müttəfiqi Ermənistan hesabına güzəştə getməyə, Türkiyə isə Ermənistanın hesabına yenidən Azərbaycana regionda yeni üstünlüklər əldə etməyə kömək etməyə hazırdır.
Eyni zamanda, bu sual açıq qalır: Ermənistan bütün bunlardan nə qazanacaq, daha dəqiq desək, Ermənistan daha nə itirə bilər?”
Telman