Ukraynada ruslar tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.
Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən girov götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün girovluqdan azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.
Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.
15:34
Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunur.
Bu barədə "Report"un Muğan bürosuna onun atası Amil Abdullayev məlumat verib.
O bildirib ki, Hüseynin Azərbaycanın diaspor nümayəndələrinə təhvil vermələri barədə Rusiya hərbçiləri ilə razılıq əldə olunub:
Hazırda oğlumun təhvil verilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Oğlum girov saxlanıldığı ərazidən çıxarılaraq 130 kilometrlik məsafədə yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil veriləcək".
Qeyd edək ki, Neftçala rayon sakini H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.