
Rusiyanın iki hərbi gəmisi – “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi Xəzər dənizində Rusiya HDD və Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi çərçivəsində ötən gün Bakı limanına daxil olublar.
Rusiya gəmilərinin gəlməsi RF prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri ilə bağlıdır.
Qarşıdakı danışıqların yekunlarına əsasən ikitərəfli sənədlər paketinin imzalanması gözlənilir. Onların arasında Rusiya və Azərbaycan FHN-ləri arasında əməkdaşlıq üzrə kompleks plan var. Bundan əlavə, nəqliyyat və energetika sahəsində sazişlər imzalana bilər.
Turan