Video 12:09 17.10.2022

Rusiya İran kamikadze dronları ilə Kiyevi belə vurub (FOTO/VİDEO/YENİLƏNİB)

Xəbər verdiyimiz kimi oktyabrın 17-də səhər saatlarında Kiyevdə partlayış səsləri eşidilib. 

Prezident Vladimir Zelenski Kiyevə hücumlara reaksiya verib

"Düşmən bütün gecə və səhər dinc əhalini qorxudur. Kamikadze pilotsuz təyyarələr və raketlər bütün Ukraynaya hücum edir. Kiyevdə yaşayış binasına zərbə endirilir. düşmən şəhərlərimizi vura bilər, amma bizi sındıra bilməyəcəklər. İşğalçıları yalnız ədalətli cəza və gələcək nəsillərin mühakiməsi gözləyir. Qələbə bizimlədir”.

Daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko iranın "Şahid”lərinin Kiyevdəki yaşayış binasını vurduğu yerdən kadrlar nümayiş etdirib. Videoda dəymiş ziyanın ciddi olduğu görünür. O deyib ki, dağıntılar altında insanların səsi eşidilir. 

"Hazırda dağıntılar altından 18 nəfər xilas edilib. İlkin məlumata görə, dağıntılar altında hələ də 2 sakin qalıb. Xilasetmə işləri davam edir. Dağılmış tikinti konstruksiyalarının yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi davam edir. Ölənlərin olub-olmaması barədə məlumatı dəqiqləşdiririk", - Kiyevin meri Vitali Kliçko yazıb.

Mer bu səhər Kiyevə hücum edən kamikadze pilotsuz təyyarələrdən birinin qalıqlarının fotosunu nümayiş etdirib.
 
Alpər
 

 
 
 
 
08:33
 
Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

"Bizə mümkün qədər tez daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenkovski rayonunda partlayışların baş verdiyini açıqlayıb.

Hücumlardan sonra Kiyevdə hava həyəcanı elan edilib. Paytaxtla yanaşı, bir neçə vilayətdə də hava həyəcanı elan olunub.