Dünya 14:29 18.11.2022

Rusiya Kiyevə nüvə başlığının imitatorunu daşıyan raket atıbmış (FOTOLAR)

Noyabrın 17-də Kiyev səmasında vurulan iki X-55 raketindən birində nüvə başlığının imitatoru olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Defense Express” məlumat yayıb.

Nəşrin yazdığına görə, ən azı bir X-55 raketində nüvə başlığı "açılıb” və yerinə "imitatoru” bərkidilib. 

Nəşr belə qənaətə gəlir ki, Rusiyada "nüvə arsenalından” olan qanadlı raketlərdən istifadə edildiyindən qanadlı raketlərin kritik dərəcədə az ehtiyatı qalıb.

Adətən, Rusiya Ukraynaya qarşı zərbələr üçün X-555 raketlərindən istifadə edib - bu, klassik partlayıcılarla adi döyüş başlığına çevrilmiş X-55 raketinin nüvə bağlığı olmayan modifikasiyasıdır. X-55 nüvə silahı daşıyıcısı kimi hazırlanmış sovet raketidir.

Nizami Bağırov