"Rusiya Müdafiə Nazirliyinin bu məlumatını onların əvvəlki qeyri-səmimiliyi baxımından ciddi qəbul etməyə bilərik”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya Müdafiə Nazirliyinin Şuşa-Xankəndi yolunun açılması ilə bağlı danışıqların aparıldığı barədə yaydığı məlumata münasibət bildirərkən deyib:
"Bilirsiniz ki, Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolu üzərində keçirdikləri aksiyanın başlıca tələbi rus sülhməramlılarının komandanı Volkovla görüşməkdir. Tələb isə dekabrın 10-da Xocalıda Volkovla olan görüşdə əldə olunan razılaşmaya əməl edilməsidir. Volkov isə razılaşmanın arxasından qaçaraq, Azərbaycan münayəndələrinin qarşısına Vardanyan başda olmaqla erməni nümayəndələrini çıxarmağa çalışıb. Moskva Rusiya Müdafiə Nazirliyinin məlumatında olduğu kimi, tələbi nəzərə alaraq görüşə gəlirsə, deməli, aksiya baş tutub. Rusiya Müdafiə Nazirliyinin bu məlumatı onların əvvəlki qeyri-səmimiliyi baxımından ciddiyə alınmaya da bilər.
Düzdür, əsas məsələ görüşdə hansı nəticənin əldə olunmasıdır. Razılığa uyğun olaraq yataqlarda monitorinq aparılmasına şərait yaradılacaq, yoxsa, müzakirə predmeti yenə də ermənipərəst mövqe nümayiş etdirilərək, humanitar fəlakət adı altında azərbaycanlı aktivistlərin öz təməl hüquqlarından geri çəkilməsi üçün Bakıya hər hansı bir formada təzyiq göstərilməsi olacaq”.
Qeyd edək ki, bir sıra mətbu orqanların yazdığına görə, Rusiya Müdafiə Nazirliyi Şuşa-Xankəndi yolunun açılması ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayıb:
"Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolunda hərəkətin bərpası ilə bağlı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.
Rüfət Sultan