Xəbər lenti

Rusiya nömrəli avtomobillərin Azərbaycana girişinə qadağa qoyula bilər?
Siyasət08:22 03.10.2023

Rusiya nömrəli avtomobillərin Azərbaycana girişinə qadağa qoyula bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan heç vaxt Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoymaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov 6 ölkənin Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağasından danışarkən deyib. 
Ekspert bildirib ki, Azərbaycan Rusiya ilə dost ölkədir: 
"Niyə qadağa qoyaq ki? İki ölkə arasında dostluq var, belə  bir qadağadan söhbət gedə bilməz. Görünür həmin ölkələrin Rusiya ilə arasında problem var. Bu onların  daxili işidir”. 
Qeyd edək ki, Norveç Polşa, Estoniya,  Latviya, Litva və Finlandiya artıq Rusiya nömrəli avtomobillərin ölkələrinə girişinə qadağa qoyub. Bu qərar Avropa Komissiyasının tövsiyələri əsasında qəbul olunub. 
Bahar Rüstəmli