Dünya 18:08 06.03.2024

Rusiya Odessada Zelenskinin kortejinə hücum edib - KİV

Rusiya Odessada Ukrayna lideri Volodimir Zelenskinin kortejinə hücum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın "Prototema" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Ukrayna prezidenti Volodimir Zelenskinin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi yunan missiyasından 150 metr aralıda yerləşən korteji Rusiya raketləri tərəfindən hücuma məruz qalıb", deyə nəşr bildirib.

Eyni zamanda qəzetin mənbələri Yunanıstan nümayəndə heyətinin təhlükədə olmadığını bildiriblər. Ukrayna tərəfinin nümayəndələri xəbərə reaksiya verməyib.

"Baş nazirin və Yunanıstan missiyasının təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur", deyə hökumətdəki mənbə bildirib.

Aydın