Xəbər lenti

Rusiya Odessaya raket zərbəsi endirdi: 17 ölü, çox sayda yaralı var
Dünya 08:30 01.07.2022

Rusiya Odessaya raket zərbəsi endirdi: 17 ölü, çox sayda yaralı var

Rusiya Ukraynanın Odessa vilayətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə yeni raket zərbəsi endirib.

Qaynarinfo "RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->