Xəbər lenti

Rusiya Paşinyanın getməsini və Qarabağda yeni münaqişə istəmir (ŞƏRH)
Siyasət14:50 15.12.2020

Rusiya Paşinyanın getməsini və Qarabağda yeni münaqişə istəmir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy Ermənistanda yaşanan siyasi böhranı və Qarabağda baş verən son hadisələri şərh edib.
xəbər verir ki, analitik sosial şəbəkə hesabında paylaşdığı şərhdə Ermənistanda gözlənilən hakimiyyət dəyişikliyinin və Qarabağda yaşanan son hadisələrin Rusiyanın marağına uyğun olmadığını deyib.
"Putin hakimiyyəti bu mərhələdə Paşinyanın getməsini istəyir və Rusiya regionda böyük bir Qarabağ böhranı istəyir” kimi suallara cavab olaraq bildirmək istəyirəm ki, bu iki sualın bir-biri ilə yaxın əlaqəsi var. Paşinyanı göndərmək istəyənlər revanş istəyənlərdir. Bu da 10 noyabr razılaşmasında Rusiyanı içinə çəkəcək böyük problemlər deməkdir. Bu mərhələdə Putinin Pasinyanın gedişini taktiki baxımdan arzu etmədiyini düşünürəm. Razılasmaya əməl olmasa, 2 min Rusiya əsgəri müharibənin ortasında qalar, Qafqazda içində Türkiyənin olduğu və NATO-nun belə qarışacağı böyük müharibə riski yaranar. Bu, Rusiyanın 80 ildir əlləşdiyi Türkiyəni NATO və ABŞ-dan ayırma siyasətinin uğur qazanmağa çox yaxın ikən iflası deməkdir. Üstəlik, ABŞ və digər Qərb dövlətləri bölgədə hərbi fəallıq imkanı qazanacaqlar. Rusiyanın Azərbaycanla münasibətləri dibə enəcək. Bölgədə Rusiya Ukrayna bənzəri, bəlkə ondan böyük bir böhranla qarşılaşacaq. Yetərincə böyük problemləri olan və 44 gün boyunca bu cür bir senariyə daxildən və Ermənistandan təkidlərə baxmayaraq, məsafəli qalmağı seçən Rusiya bu senariyə gedərmi? Şübhəsiz köhnə rusiyaçilar bunu istəyə bilərlər, amma fikrimcə, Rusiya dövlət ağlı bu qədər problemli bir məsələni öz mövzusu etmək istəməz. 
Digər tərəfdən Ermənistan bu müharibənin revanşını alacaq gücə malik deyil. Azərbaycan ilk addım kimi 3-4 günə Xankəndi daxil olmaqla geri qalan hər yeri götürəcək. Müharibə davam etsə, bu iş İrəvanın real mənada sonu olacaq. Bu arada regionda, yəni, Azərbaycanda Türklərin də ən az bir neçə minlik ordusunu da unutmayaq. Yenə də hər ehtimala hazırlıqlı olmalıyıq. Necə deyərlər, sülh istəyiriksə, müharibəyə tam hazır olmalıyıq”.
Orxan Əhmədli