Tanınmamış «DQR» müəyyən mərhələdə sülh sazişinin imzalanması üzrə danışıqlara cəlb olunmalıdır. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
«Biz dəfələrlə demişik ki, müəyyən mərhələdə Qarabağ heç zaman iştirak etmədiyi danışıqlar prosesinə qayıtmalıdır. Düşünürük ki, sülh sazişinin hazırlanmasına keçid rolunu oynayacaq çərçivə sazişinin bağlanması çıxış nöqtəsi (Qarabağın danışıqlarda iştirakı üçün) ola bilərdi», - Popov jurnalistlərə belə deyib.
Qarabağın istənilən statusla Azərbaycanın tərkibinə daxil edilməsinin qeyri-mümkünlüyü barədə suala cavab verən Popov qeyd edib ki, bu «danışıqların predmetidir».
Qaynar.info