Bazar ertəsi Rusiya rublu dollar qarşısında ucuzlaşıb.
Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər
verir.
Mərkəzi Bankın cümə günü faiz dərəcələrini azaltmaq qərarına uyğunlaşaraq bu gün Rusiya rublu dollar qarşısında ucuzlaşıb.
Rubl dollar qarşısında 0,2% zəifləyərək 57,39 səviyyəsində olub.
Cümə günü Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini gözləniləndən 1,5 faiz artıraraq 8,0%-ə endirməsindən sonra rubl dəyər itirib.
Mərkəzi Bank inflyasiyanın yavaşlaması və iqtisadi tənəzzülün əvvəllər düşünüldüyündən daha uzun müddət davam etməsi səbəbindən daha çox ixtisara ehtiyacı araşdıracağını bildirib.
"Fikrimizcə, məzənnə endirilməsindən sonra rublun zəifləməsi qısamüddətli olacaq”,- Freedom maliyyə analitikləri deyib.
Fevralın 24-də Moskvanın Ukraynaya qoşun yeritməsindən sonra Rusiyanın maliyyə sistemini Qərbin sanksiyalarından qorumaq üçün görülən tədbirlər, o cümlədən rusların xarici valyuta yığımlarını geri çəkməsinə qoyulan məhdudiyyətlər nəticəsində rubl bu il indiyədək dünyanın ən güclü pul vahidi olub.
Nurlan Hüseynov