Xəbər lenti

Rusiya sülhməramlıları bunun üçün bir addım belə atmayıb - Politoloq
Siyasət11:06 06.08.2021

Rusiya sülhməramlıları bunun üçün bir addım belə atmayıb - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu hal bir daha onu təsdiqləyir ki, əslində Rusiyanın Qarabağda mövcudluq səbəbi heç də sülhməramlı missiya həyata keçirmək deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli son aylar Qarabağda və sərhəddə erməni tərəfinin mütəmadi olaraq atəşkəsi pozmasına rəğmən, bölgədə yerləşən Rusiya sülhməramlılarının öz vəzifələrinə uyğun olaraq həmin insidentlərin qarşısını almaq istiqamətində bir addım belə atmaması, sadəcə seyrçi mövqe sərgiləmələrinin səbəblərinə toxunarkən deyib. Belə vəziyyət həmsöhbətimizə görə onu göstərir ki, Moskva Qarabağ məsələsinin bütövlükdə həllində maraqlı deyil: 
"10 Noyabr bəyanatı imzalanan gecə artıq Rusiya ordusu Ermənistandan hərəkətə keçərək, Qarabağın bir sıra bölgələrində cəmləndilər. Təəssüf ki, Rusiya kimi, Qərb də prosesin Qarabağ probleminin həllində maraqlı görünmür. Belədə həmin məsələdə Qərblə Rusiyanın mövqeyi üst-üstə düşdüyündən Ermənistan daha cəsarətli şəkildə gələcəyə ümid edərək bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır. Buna uyğun şəkildə iddialarını da genişləndirir”. 
Politoloq qeyd edib ki, Rusiyanın burada silhməramlı missiyanı həyata keçirməsinə nail olmağımız çətin olacaq. Ekspert çıxış yolunu Türkiyə ilə münasibətləri daha da dərinləşdirməkdə görür: 
"Azərbaycan elə bir çətin dilemma qarşısındadır ki, ATƏT-in Minsk qrupunun prosesə cəlb edilməsi də Bakı üçün uğurlu variant deyil. Onu cəlb edəriksə, yenə də İrəvanı qane edən sülhdən, Qarabağın statusundan danışacaqlar. Azərbaycan sadəcə mövcud vəziyyətdə Türkiyə ilə münasibətləri dərinləşdirməlidir. Birgə Monitorinq Qrupunun fəaliyyətini daha səmərəli etmək üçün addım atmalıyıq. Ermənistan üzərinə həmçinin diplomatik həmlələri artırmalıyıq. "Sülhməramlı missiyanı” yerinə yetirən tərəfi beynəlxalq qınağa tuş gətirməliyik”. 
Rüfət Sultan