Rusiya sülhməramlıları Ermənistanın birinci xarici işlər naziri Raffi Hovannisyanın Qarabağa girişinə qadağa qoyub.
Qaynarinfo lurer.com-a istinadən xəbər verir ki, Ermənistanın birinci xarici işlər naziri, "İrs” partiyasının yaradıcısı Raffi Hovannisyan dünən axşam saatlarında Xankəndində nəvəsinin xaç suyuna salınma mərsiminə getmək istəyib. Lakin Rusiya sülhməramlıları onu Qarabağa
buraxmayıb.
Belə ki, əsgərlər buraxılış məntəqəsində Hovaanisyanın Qarabağa buraxılmaması barədə komandirin əmrinin olduğunu və qadağanın rəsmi İrəvandan verildiyini bildiriblər.
Qondarma rejimin "hökuməti” belə bir qərardan xəbərsiz olduqlarını və çox təəccübləndiklərini deyiblər. Onlar məsələni aydınlaşdırmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.
Hovaanisyanın nümayəndələri isə bu qadağanın rəsmi Bakı tərəfindən göstəriş ola biləcəyini istisna etmirlər.
Telman