Xəbər lenti

Rusiya sülhməramlıları Laçın yolunu niyə bağlayıb? - Politoloq
Siyasət13:49 11.07.2023

Rusiya sülhməramlıları Laçın yolunu niyə bağlayıb? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu addım sülhməramlı kontingentin açıq təxribat və qarşıdurma yolunu seçdiyinin göstəricisidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının Laçın yolunu bağladıqları barədə yayılan informasiyamı şərh edərkən deyib.
"Rusiya sülhməramlı qüvvələri Laçın yolunda təxribat xarakterli addımlar atmağa cəhd edir. Bu addım sülhməramlı kontingentin açıq təxribat və qarşıdurma yolunu seçdiyinin göstəricisidir. Onlar bu yolla Laçın yolu üzərində nəzarəti yenidən öz əllərinə almaq məqsədi güdürlər”, deyə politoloq vurğulayıb.
Həmsöhbətimiz əmindir ki, yaxan günlərdə məsələ öz həllini tapacaq: 
"Azərbaycan təxribatın qarşısını almaq üçün lazımi zəruri tədbirlər görür. Bu istiqamətdə hazırda danışıqlar gedir. Danışıqlar nəticəsində Rusiyanın bu təxribatına cavab vermək üçün yollar nəzərdən keçirilir. Fikrimcə, yaxın vaxtda məsələ öz həllini tapacaq”. 
Qeyd edək ki, bir sıra mətbu orqanlarda Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin Laçın yolunu bağladıqları barədə informasiyalar yer alıb. 
Rüfət Sultan