Xəbər lenti

Rusiya sülhməramlılarının həkimləri Qarabağda erməniləri müalicə edir (VİDEO)
Siyasət08:12 13.01.2021

Rusiya sülhməramlılarının həkimləri Qarabağda erməniləri müalicə edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirlib.
Məlumata görə, həkim qəbuluna ehtiyacı olanlar Azərbaycanın Ağdərə şəhərindəki səhra xəstəxanasında qəbul edilib və onlara tibbi yardım göstərilib.
Nazirlik bildirib ki, Dağlıq Qarabağda yerli sakinlərin müraciətləri və müalicələri Xankəndi və Ağdərə şəhərlərində qurulan səhra xəstəxanalarında aparılır.
Uzaq olan bəzi ərazilərə isə səyyar həkim qrupları tibbi xidmət göstərir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xəstəxana fəaliyyətə başladığı gündən bu günə qədər 157-i uşaq olmaqla 1200-dən çox erməni ixtisaslı tibbi yardım alıb.
Nazirlik bildirib ki, pasiyentlərin müraciətləri daha çox müxtəlif xroniki xəstəliklərin, ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsi və diş müalicəsi ilə əlaqədar olub.
Sülhməramlıların tibbi şöbələrində hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar da daxil olmaqla 60-dan çox tibb mütəxəssisi çalışır.
Xatırladaq ki, noyabrın 10-da elan edilən üçtərəfli atəşkəs bəyanatından sonra Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingenti buradakı ermənilərə hər cür dəstək həyata keçirir.
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/XXfgricTl7c" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">