Xəbər lenti

Rusiya Türkiyə ilə barışacaq? - Ekspert rəyi
Siyasət09:36 17.06.2016

Rusiya Türkiyə ilə barışacaq? - Ekspert rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rəsmi Ankara Rusiya ilə münasibətləri düzəltmək üçün hər şeyi etdi. İndi top Rusiyanın meydanındadır". 
Bu sözləri Qaynarinfo.az-a açıqlamsında politoloq Elxan Şahinoğlu Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün 9 addımlıq "yol xəritəsi"nə münasibət bildirərkən deyib.
Elxan Şahinoğlu Türkiyənin təzminat ödəyəcəyinə inanmadığını bildirib: "Sadəcə Türkiyə barış əlini uzadır. Ərdoğanın Putinə məktub yazması, Moskvaya müxtəlif çağrışlar buna nümunədir. Ancaq Moskva israr edir ki, "üzr istəyin", "təzminat ödəyin", "hadisəni törədəni cəzalandırın". Halbuki, Rusiya təyyarəsi hava məkanını pozmuşdu. Əslində ortaq məxrəcə gəlmək olar. Yetər ki, rəsmi Moskva Ərdoğanın bu çağrışlarına müsbət cavab versin. Ankaranın təklifi qəbul olunsun". 
Politoloq bildirib ki, Ankara ortaq komissiya qurbağı, məsələləri araşdırmağı və komissiyanın gələcəyi nəticəyə riayyət etməyi təklif edir: "Komismiyada rusiyalı, türkiyəli və kənar ekspertlər ola bilər. Putin bu təklif müsbət yanaşsa, münasibətlər normallaşa bilər. Hər iki dövlət münasibətlərin gərgin qalmasından zərər görür. İndi top Rusiyanın meydanındadır. Ankara əlindən gələni etdi. Rusiyadan müsbət siqnal olmalıdır ki, münasibətlərin normallaşmasına start verilsin".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az