Siyasət 18:54 19.05.2022

Rusiya və İran üçün xilas kəməri - Deputat

"Son proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni düzən konteksində Zəngəzur dəhliznin əhəmiyyəti daha da yüksəlməkdədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov sansksiyalardan sonra Rusiya üçün Zəngəzur dəhlizinin önəmi artırmı ilə bağlı sualına cavabında deyib. Deputat bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar regionun, o cümlədən Azərbaycanın beynəlxalq yükdaşımalardakı rolunu daha da artırır: "Nəzərə alsaq ki, artıq əksər Avropa ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulublar və eyni zamanda Avropa İttifaqı praktik olaraq öz hava məkanını Rusiya şirkətləri və dövləti üçün qapayıb, adıçəkilən dəhlizin də önəmini təxmin edə bilərik. Bu baxımdan, artıq alternativ nəqliyyat daşımaları üçün Şərq-Qərb nəqliyyat dəhlizinin önəmi artıb. Zəngəzur dəhlizi də Şərq-Qərb nəqliyyat dəhlizinə interqasiya olunacaq bir məkandır. Zəngəzur dəhlizinin əhəməiyyətinin artmasını hamı dərk edir. Nəticə etibarı ilə ehtimal olunur ki, Zəngəzur dəhlizindən yalnız regiondakı 6 ölkə deyil, eyni zamanda daha geniş anlamda, bütövlükdə Qərb və Şərqdə yerləşən ölkələr daha sıx şəkildə istifadə edə biləcəklər. Bu da region üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək”. 
 
 

Vüqar Bayramov onu da qeyd edib ki, bu gün sanksiyaların tətbiq olunduğu ölkələr, o cümlədən Rusiya və İran da Zəngəzur dəhlizindən istifadədə son dərəcədə maraqlıdırlar:"Həm də bu yalnız Cənubi Qafqaz ölkələri üzrə yeni imkan deyil, həm də bütövlükdə regionda marağı olan ölkələr üçün yeni imkan anlamına gəlir. Avropa İttifaqının Zəngəzur dəhlizdən daha sıx istifadə edə bilmək niyyəti var, odur ki, bu məsələ böyük geosiyasi çəkiyə malikdir”. 

Bahar Rüstəmli