Xəbər lenti

"Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir"- Georgi Kunadze
Siyasət19:59 12.12.2017

"Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir"- Georgi Kunadze

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Virtualaz.org xəbər verir ki, bunu "Exo Moskvı” radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.
"Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, - o qeyd edib.
Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. "Bəlkə heç kimin ağlına da gəlməyib ki Azərbaycan etiraz edə bilər”, - Kunadze əlavə edib.
Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.