Xəbər lenti

Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Siyasət17:17 28.10.2021

Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən də Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələrin Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin həmsədrliyilə üçtərəfli İşçi Qrupu çərçivəsində müzakirəsi və həlli daha məqsədəuyğundur.
Bunu Rusiya XİN-in informasiya və nəşriyyat departamentinin rəhbəri Mariya Zaxarova ənənəvi brifinq zamanı bəyan edib.
O, bildirib ki, artıq İşçi Qrupun səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirir.
"Biz hesab edirik ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsində üçtərəfli razılaşmalara riayət etmək doğru yanaşmadır”, -deyə XİN rəsmisi əlavə edib.(oxu.az)