Xəbər lenti

Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir
Ölkə18:51 06.07.2016

Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Cənub hərbi birləşməsinin Emrənistan ərazisində yerləşən hərbi bazasının kəşfiyyatçıları təlim keçirir.

Qaynarinfo.az "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birləşmənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Təlimlərdə "Mi-24P" və "Mi-8MT" tipli helikopterlərdən istifadə olunub.

"Təlim çərçivəsində hərbçilər yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını mənimsəyir. Bununla yanaşı, xüsusi təyinatlılar döyüş hazırlığına dair digər məsələlər üzərində də işləyir", - deyə məlumatda bildirilir.

Təlimlər "Kamxud" və "Alagəz" poliqonlarında həyata keçirilir.

Qaynarinfo.az