"Moskva Gümrüdəki 102-ci baza vasitəsilə Ermənistana müəyyən dəstək verməyi düşünür”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistan müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya işgüzar səfərinin məqsədlərindən danışarkən deyib. Ekspert bildirib ki, Papikyanın Moskva səfəri də ermənilərə 102-ci bazadan müəyyən hissəsi pulsuz, müəyyən hissəsi isə güzəştli şərtlərlə bir sıra silah-sursatların verilməsilə bağlıdır:
"Son zamanlar Ermənistana Rusiya arasında bir hərəkətlilik hiss olunur. Bu da Rusiya tərəfinin Ermənistanı öz tərəfinə çəkməyə çalışması ilə bağlıdır. Bu kimi addımlarla Moskva son vaxtlar soyuqlayan münasibətləri bir qədər isitmək istəyir. Moskva Gümrüdəki 102-ci baza vasitəsilə Ermənistana müəyyən dəstək verməyi düşünür. Suren Papikyanın Moskva səfəri də ermənilərə 102-ci bazadan müəyyən hissəsi pulsuz, müəyyən hissəsi isə güzəştli şərtlərlə bir sıra silah-sursatların verilməsilə bağlıdır. Erməni tərəfi həmçinin Moskvada son sentyabr hadisələrini gündəmə gətirmək və bununla da Rusiyanın Azərbaycana təzyiq etməsini istəyir.
Bölgədə vəziyyət gərgin olaraq qalır. Ermənistan Müdafiə Nazirliyi də sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni etməkdə israrlı görünür. Atəşkəsin pozulması, müxtəlif təxribat xarakterli hərəkətlərin hamısı Moskvada çəkilib hazırlanmış plandır. Görüş fonunda həmin planı birbaşa Papikyana çatdıracaqlar. Bu ilin sonuna doğru sülh müqaviləsi istiqamətində sənədin imzalanacağı barədə deyilənlər həqiqətdən uzaqdır. Azərbaycan qarşıdakı təxribatlara hazır olmalı və qabaqlayıcı tədbirlər görməlidir”.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya işgüzar səfərə gedib. Bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirin görüşlərinin təfərrüatları və cədvəli barədə məlumat verilmir.
Rüfət Sultan