Xəbər lenti

Rusiyada amerikalı ulduz idmançının məhkəməsi başlayır
İdman10:26 28.06.2022

Rusiyada amerikalı ulduz idmançının məhkəməsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada narkotik saxlamaqda ittiham olunaraq həbsə atılan amerikalı basketbolçu Britni Qriner iyulun 1-də məhkəmə qarşısına çıxarılacaq.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, Olimpiadanın ikiqat qızıl mükafatçısı və Qadınların Milli Basketbol Assosiasiyasının çempionu Qriner fevral ayında Moskva hava limanında çantasında kannabis yağı olan siqaret patronları daşıdığı iddia edilərək saxlanılıb.
Qriner həbsindən dörd aydan çox müddət sonra göründüyü ilkin qısa məhkəmə dinləməsində narkotik qaçaqmalçılığı ilə ittiham edilib. Onu 10 ilə qədər mümkün həbs cəzası gözləyir. 
Moskva ətrafındakı Ximki məhkəməsi Qrinerin həbs müddətini daha altı ay uzadıb.
O, digər WNBA oyunçuları kimi, daha yüksək maaşa görə Rusiyada peşəkar şəkildə bir neçə mövsüm oynayıb.
Rusiya mətbuatı dəfələrlə Qrinerin ABŞ vətəndaşlarını öldürməkdə və "terror təşkilatına” kömək etməkdə ittiham edilərək 25 il həbs cəzası çəkən rus silah alverçisi, "Ölüm alverçisi” ləqəbli Viktor Boutla dəyişdirilə biləcəyi ilə bağlı fərziyyələr səsləndirib. 
Nurlan Hüseynov