Xəbər lenti

Rusiyada "Facebook"un fəaliyyəti dayandırılır
Texnologiya18:04 25.02.2022

Rusiyada "Facebook"un fəaliyyəti dayandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya fevralın bu gündən etibarən "Facebook"a girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Roskomnadzor”dan bildirib.
Qurumdan əlavə ediblər ki, Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.
Qeyd edək ki, bir gün əvvəl "Facebook” "RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyub. Bundan əlavə, dörd Rusiya media orqanının – "Zvezda”, "RİA Novosti”, "Lenta.ru” və "Gazeta.ru”nun materialları senzuraya məruz qalıb.