Xəbər lenti

Rusiyada “Lotu Quli”ın “sağ əli” tutuldu
Ölkə08:22 13.11.2013

Rusiyada “Lotu Quli”ın “sağ əli” tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı Razim Əhmədov saxlanılıb.

Lent.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, 26 yaşlı azərbaycanlı Moskvadakı evində ələ keçirilib.

Məlumata görə, o, adam oğurluğu ilə məşğul olan qruplaşmanın lideri hesab olunur.

Müəyyən edilib ki, hazırda ölkəmizdə həbsdə olan “Lotu Quli” Rusiyada etnik qruplaşmaların fəaliyyətlərinə nəzarət edir. Həmin qruplaşmalar isə öz sahibkar həmyerlilərinin oğurlanması ilə məşğul olurlar:

“Əhmədov istiqamətləndirici olub, oğurluq üçün qurbanlar axtarıb, habelə, “Lotu Quli”nin adından etnik mütəşəkkil cinayətkar qrupların liderlərinə tapşırıqlarını çatdırıb və onlara nəzarəti həyata keçirib” deyə məlumatda bildirilir.

Qaynar.info