Xəbər lenti

Rusiyada qətlə görə tutulan azərbaycanlının anası vəfat etdi
Ölkə17:05 08.05.2016

Rusiyada qətlə görə tutulan azərbaycanlının anası vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada keçmiş polis rəisi Andrey Qoşt və yaxınlarının qətlində şübhəli bilinən azərbaycanlılardan birinin – Roman Fətəliyevin anası oğlunun həbsindən sonra dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı “Lifenews” yayıb. 
Qonşçular bildiriblər ki, hadisədən sonra qadın bütün günü ağlayırmış. Üstəlik, onun ürəyində problemləri olub. 
Sızran yaxınlığındakı Şiqonı kəndinin sakinləri bildiriblər ki, qadın oğlunun həbsindən sonra utandığını deyirmiş. Romanın həbsindən sonra anası bayıra çıxmırmış.
Həyat yoldaşının ölümünü Roman Fətəliyevin atası Rauf Fətəliyev də təsdiqləyib. 
Xatırladaq ki, Andrey Qoşt və yaxınları aprelin 24-ünə keçən gecə qətlə yetirilib. İşlə bağlı dörd gənc həbs edilib.
Qaynarinfo.az