"Paşinyanın xarici siyasətinin nə qədər zəif, dövlət əleyhinə səhvlərlə dolu olduğu bir daha aydın oldu”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Şərəfim var” fraksiyasının katibi Hayk Mamicanyan parlamentdə keçirdiyi brifinqində Ermənistanın Luqansk və Donetskinin müstəqilliyinin tanınması ilə bağlı mövqeyinə istinad edərək bildirib.
Onun fikrincə, Rusiya Dövlət Dumasının və hakimiyyətin son iki gündəki hərəkətləri göstərdi ki, Ermənistan hökuməti müharibə zamanı öncə Qarabağın müstəqilliyini tanımalı idi.
"Xatırladıram ki, prezident Serj Sarkisyan 2016-cı ilin aprel müharibəsi zamanı ATƏT-ə üzv ölkələrin səfirlərini dəvət edərkən, həmin görüş zamanı açıq şəkildə bildirmişdi ki, müharibə bir neçə gün davam edərsə, Ermənistan Qarabağın müstəqilliyini tanıyacaq”, - Mamicanyan bildirib.
O xatırladıb ki, Rusiya prezidenti həmişə öz çıxışlarında hətta Ermənistanın da Qarabağın müstəqilliyini tanımadığını qeyd edib.
"44 günlük müharibə zamanı Qarabağın niyə tanınmaması məntiqsizdir. Beynəlxalq siyasətdə millətlərin öz müqəddəratını təyinetmə hüququnun tanınması var. Bu, bir daha sübut edir ki, Ermənistanın təslim olan hakimiyyəti, digər anti-dövlət səhvləri ilə yanaşı müharibə zamanı Qarabağın müstəqilliyini tanımamaqla böyük səhvə yol verib”, - respublikaçı deputat bildirib.
Moskvada Vladimir Putinlə İlham Əliyev arasında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasına gəlincə, Mamicanyanın fikrincə, müttəfiqdən incimək və Rusiyanın Ermənistan hakimiyyətindən artıq nəsə edəcəyini gözləmək olmaz.
"Ermənistanın Rusiyadakı səfirinin nə vaxt geri çağırılacağı və dəyişdiriləcəyi mənə çox maraqlıdır. Amma belə bir şey olmayacaq çünki belə hallar yalnız normal ölkələrdə olur”, - deyə o vurğulayıb.
Mamicanyanın sözlərinə görə, Ermənistan o mənada böyük itki verdi ki, o, Rusiyanın Cənubi Qafqazda proqnozlaşdırıla bilən, etibarlı müttəfiqi ola bilmədi.
Telman