Xəbər lenti

Rusiyadan Azərbaycanla Ermənistana növbəti çağırış
Siyasət14:32 17.11.2021

Rusiyadan Azərbaycanla Ermənistana növbəti çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıb.
Qaynarinfo xəbər verir ki, XİN rəsmisi tərəfləri prosesə başlamağa çağırıb.
"Son hadisələr Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir. Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır" deyə Mariya Zaxarova rəsmisi vurğulayıb.