Xəbər lenti

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Ekonomiks 20:55 15.09.2025

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Gürcüstan üzərindən Ermənistana tədarükü Rusiyanın Stavropol diyarında qaz kəmərinin təmiri ilə əlaqədar dayandırılacaq.

Oxu.Az bildirir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

Məlumata görə, işlər sentyabrın 16-dan sentyabrın 26-dək "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində aparılacaq.

Şirkət əmin edib ki, bu müddət ərzində Ermənistanda istehlakçılara fasiləsiz qaz tədarükü həm daxili ehtiyatlar, həm də İrandan tədarük hesabına təmin olunacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->