Xəbər lenti

Rusiyadan miqrantlarla bağlı daha bir QƏRAR
Siyasət10:50 20.11.2013

Rusiyadan miqrantlarla bağlı daha bir QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rus dilini, Rusiya tarixini və qanunvericiliyini bilməyən miqrantların bu ölkədə çalışmasına icazə verilməyəcək

2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. 

O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: “2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları  - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”. 

Qaynar.info