Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan bu gün Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaq.
Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə TASS dövlət agnetliyi xəbər yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında mövcud olan müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılsa da əsas müzakirə mövzusu Qarabağ münaqişəsi olacaq.
Məlumata görə, Rusiya XİN bəyan edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri planlaşdırılıb.
E.Məmmdyarovun səfərinə Rusiya XİN başçının müavini Qriqori Karasinin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşü zamanı hazırlıq görülüb.
Qaynarinfo.Az