Xəbər lenti

Rusiyadan Qarabağ probleminin həlli ilə bağlı AÇIQLAMA
Siyasət11:13 06.05.2016

Rusiyadan Qarabağ probleminin həlli ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağlıq Qarabağın taleyi siyasi-diplomatik vasitələrlə həll edilməlidir. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.   
Onun sözlərinə görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin - Rusiya, Fransa və ABŞ liderlərinin 2009-cu ildən 2013-cü ilə qədər verdikləri bəyanatlarda Dağlıq Qarabağın statusunun orada yaşayan xalqın hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə əsasında müəyyənləşdirilməsi öz əksini tapıb.
Zaxarova əlavə edib ki, Rusiya bu məqsədə çatmaq üçün zəruri səyləri göstərməyə hazırdır.
Qaynarinfo.az