Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı azərbaycanlı qətlə
yetirilib.
Konkretno.ru xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda
rus biznesmen tərəfindən törədilib.
Belə ki, mayın 23-də tikinti-montaj işləri ilə məşğul olan
kommersiya firmasının rəhbəri Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş
kişi meyiti olduğu haqqında məlumat verib. Hadisə yerinə gələn tibb işçiləri və
polislər mənzildə döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan
kişi meyiti aşkarlayıblar.
Çox keçmir ki, biznesmen qətli törətdiyini etiraf edir.
Firmanın rəhbəri deyib ki, qəfildən başlamış mübahisə zəminində azərbaycanlını
qətlə yetirib.
Müstəntiqlər hadisə yerindən mərhum azərbaycanlının yeddi
sınmış dişini və cinayətdə istifadə olunan bıçağı tapıblar. /Oxu.az
Şərhlər