Xəbər lenti

Rusiyalı deputat 10-cu dəfə ata olacaq
Maqazin13:52 20.02.2016

Rusiyalı deputat 10-cu dəfə ata olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputat, oliqarx Andrey Skoç onuncu dəfə ata olacaq.
Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, “Forbs”un reytinq cədvəlində 18-ci yerdə olan “Metallinvest”in şəriki həyat yoldaşı Yelena Lixaçla beşinci uşaqlarının anadan olmasını gözləyirlər.
Deputatın mətbuata məlum olan digər uşaqları isə əvvəlki evliliyindəndir. Onun ilk evliliyindən olan dörd əkiz uşaq 1994-cü ildə doğulub.
Skoç “Forbs”un 7,9 milyard dollar dəyərində qiymətləndirdiyi varidatını beşinci varisi dünyaya gələndən sonra həyat yoldaşına bağışlayacağını bildirib.
Qeyd edək ki,məşhur oliqarx əvvəlki uşaqları doğulanda həyat yoldaşına şəxsi təyyarə, brilyantlarla bəzədilmiş tac və digər qiymətli hədiyyələr bağışlayıb.
Qaynar.info