"Azərbaycan
tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun
illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına
cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.
Qaynarinfo xəbər verir ki, bu
fikirləri "Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı politoloq
Aleksandr Perenciyev deyib.
"Ermənistanın
qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi
cəhətdən haqlı tərəf Azərbaycandır”, – ekspert bildirib.
Onun
fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq "Azərbaycan öz ərazilərini
hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək” fikrini önə çəkərək
beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı
çıxsın: "Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu
danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa
hazırdır”.
Təmas
xəttində sentyabrın 27-də baş verən hadisələrə dair Rusiyanı mövqeyini şərh edən
politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini,
münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb:
"Fikrimcə,
yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı həm də bu
danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı.
Yəni İlham Əliyev demişkən danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə
danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb”.
Şərhlər