Xəbər lenti

Rusiyalı həmsədr Ermənistanda nə danışdı?
Siyasət12:18 05.11.2013

Rusiyalı həmsədr Ermənistanda nə danışdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələsini müzakirə ediblər.
 
Rusiyalı həmsədr İqor Popov bildirib ki, həmsədrlər tərəflərin öz mövqelərini aydınlaşdırmasını gözləyir: “Ötən iki ildə yalnız xarici işlər nazirləri səviyyəsində görüşlərə təşəbbüs göstərilib. Lakin mənim fikrimcə, mövqeləri dəqiqləşdirmək üçün yüksək səviyyəli görüşləri davam etdirməyin zamanı çatıb. Digər iki həmsədr də mənimlə eyni mövqedədir”.


Qaynar.info