Xəbər lenti

Rusiyalı iş adamı Qarabağa köçmə səbəbini açdı
Ölkə14:00 13.07.2015

Rusiyalı iş adamı Qarabağa köçmə səbəbini açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yazdığım tarix kitabı (“Adəmdən Putinədək”-red.) yaxınlarımın və hakimiyyət strukturlarındakı dostlarımın məndən üz döndərməsinə səbəb olub. Hamı məndən küsdü və bunu düşmənlərim – yalançı kilsə ilə cadugar-alimlər hiss etdilər”.   

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşan rusiyalı iş adamı German Sterliqov Şuşa şəhərində keçirdiyi brifinqdə deyib.   Biznesmen bildirib ki, ünvanına təhdidlər səsləndirildikdən sonra evi yandırılıb və uşağını oğurlamağa cəhd ediblər.   Hazırda Rusiyada baş verənləri məhkəmə orqanlarının ona böhtan atmaq cəhdi kimi qiymətləndirən G. Sterliqov qeyd edib ki, məhz jurnalistlərin sayəsində hamı onu millətçiləri maliyyələşdirdiyinə görə barəsində həbs-qətimkan qərarının veriləcəyi adam kimi tanıyıb.

Qaynar.info